Əbu-Dabidə spirtli içki üçün icazə tələbi ləğv olundu
Eastnews.org-un verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə əmirlik sakinləri və turistlərin spirtli içki alışı və istehlakı üçün icazə kağızı əldə etmək tələbi ləğv olunub.
Yaxın Şərqdə getdikcə daha çox diqqət çəkən və İsrail rejimi ilə münasibətləri normallaşdırmaq üçün razılaşmanın imzalanması ilə gündəmdə olan BƏƏ alkoqol istehlakının azad edilməsi istiqamətində addımlar atılır.
Bu addım pandemiyada dayanan turizm sektorunun yenidən təşkili və israilli turistlər üçün hazırlıq kimi dəyərləndirilib.