Əfqan xalqının ölkə əmlakının müsadirə olunması xəbərinə cavab olaraq anti-Amerika qəzəbi

Əfqan xalqının ölkə əmlakının müsadirə olunması xəbərinə cavab olaraq anti-Amerika qəzəbi

Bu gün (şənbə) Kabildə insanlar ABŞ prezidenti Co Baydenin 11 Sentyabr qurbanları üçün ölkənin valyuta ehtiyatlarının müsadirə edilməsi barədə qərarını elan etməsindən sonra, etiraz aksiyası keçirib və “ABŞ-a ölüm” şüarları səsləndiriblər.

Nümayişçilər ABŞ-ın qərarını Əfqanıstanın yoxsul xalqının soyğunçuluğu kimi pisləyib və ABŞ-dan pulları əfqan xalqına qaytarmağı tələb edib.

Əfqan Millət Partiyasının Baş katibi Cəfər Məhdəvi ABŞ Prezidentinin bu hərəkətinə cavab olaraq bildirib ki, ABŞ hökuməti heç bir əfqan xalqının iştirak etmədiyi insident (11 sentyabr) səbəbindən Əfqan xalqının pulunu müsadirə edib. Bu, dövlət quldurluğunun ən bariz nümunəsidir.

O, beynəlxalq ictimaiyyəti, beynəlxalq insan haqları təşkilatlarını və dünyadakı əfqan xalqını bu açıq-aşkar oğurluq qarşısında səssiz qalmamağa çağırıb. Həmçinin, Taliban hökumətini Əfqanıstanın əmlakını geri qaytarmaq üçün bütün hüquqi və siyasi resurslardan istifadə etməyə səsləyib.

Kabil sakini Məhəmməd Nəbi Rizayi İRNA-ya bildirib ki, amerikalıların özlərinin yaydıqları məlumata görə, 11 sentyabr hadisələrində hücum edənlərin əksəriyyəti Səudiyyə Ərəbistanından olub və Usamə bin Laden ərəb vətəndaşıdır.

Amma ABŞ əfqan xalqının pulunu almaqla aclıqdan ölməyi gözləyən bu yoxsul millətin əcəlini daha da tezləşdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × three =