Əfqanıstan hökumətinə qarşı ABŞ-ın Talibanla ortaqlığı

Əfqanıstan hökumətinə qarşı ABŞ-ın Talibanla ortaqlığı

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Keçmiş ABŞ Milli Təhlükəsizlik Məsləhətçisi ABŞ hökumətinin Əfqanıstanla bağlı xarici siyasətinin ən böyük uğursuzluq olduğunu söylədi.

ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Herbert McMaster BBC-yə “Əfqanıstan Tramp administrasiyasının xarici siyasətindəki ən böyük uğursuzluğudur. Biz (Amerika Birləşmiş Ştatları) Əfqanıstanın seçilmiş hökumətinə qarşı Taliban tərəfinə keçməyimiz üçün geri çəkilməyə üstünlük verdik. Düşünürəm ki, hazırda Əfqanıstanda gördüklərimiz bu ölkədəki humanitar fəlakətin başlanğıcıdır.” – dedi.

Əlavə etdi: “Taliban və mücahid qrupların bölgəyə nəzarəti ələ aldığı, narkotik ticarəti ələ keçirdiyi və məntəqə üçün böyük bir təhlükəyə çevrildiyi vəziyyətə qayıda bilərik. Mən Bayden administrasiyasının, ehtimal ki, eyni şeyi etməyə davam edəcəyindən qorxuram.”

2018-ci ilin avqust ayında ABŞ hökuməti Taliban ilə birbaşa danışıqlara başladı. Bir ay sonra Zəlma Xəlilzad ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi seçildi.

Talibanla birbaşa danışıqlarda Xəlilzad ABŞ əsgərlərinin şərti olaraq geri çəkilməsinə razı oldu və həmin ilin fevral ayında ABŞ ilə Taliban arasında əlamətdar bir müqavilə imzalandı.

ABŞ 14 ay ərzində Əfqanıstandan diplomatik olmayan işçilər, hərbi podratçılar, təlimatçılar, müşavirlər və dəstək qüvvələri daxil olmaqla bütün qoşunlarını və koalisiya qüvvələrini çıxarmağa söz verdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 1 =