Əfqanıstan-Pakistan sərhədində silahlı toqquşma başlayıb

Əfqanıstan-Pakistan sərhədində silahlı toqquşma başlayıb

Əfqanıstan-Pakistan sərhədinin Torkham keçid məntəqəsi yaxınlığında silahlı toqquşmalar başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın “Hasht-e Subh” qəzeti yazıb.

Bildirilib ki, səhər saatlarından başlayan toqquşma indiyədək davam edir.

Hadisənin səbəbi hələlik məlum deyil.

Pakistanın “Dawn” qəzeti gərginliyə görə qarşı tərəfi ittiham edir.

İtkilərin olub-olmadığı barədə hələlik məlumat verilmir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 3 =