Əfqanıstan XİN-in yaxınlığında partlayış olub, 6 nəfər ölüb, 12-si yaralanıb
Əfqanıstanın paytaxtı Kabildə yerləşən Xarici İşlər Nazirliyinin binası yaxınlığında baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 12 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə İtaliyanın “Emergency” humanitar təşkilatı tvitterdə məlumat yayıb.
“Cərrahiyyə mərkəzimizə biri uşaq olmaqla 12 nəfər yaralı daxil olub”, – təşkilatın açıqlamasında bildirilib.
Report.az