Əfqanıstan Yay Paralimpiya Oyunlarından imtina edir
Əfqanıstan millisi ölkədə baş verənlərlə əlaqədar Tokio-2020 Yay Paralimpiya Oyunlarına qatılmaqdan imtina etmək niyyətindədir.
Bu barədə “Kyodo”ya Beynəlxalq Paralimpiya Komitəsindəki (IPC) mənbədən məlumat verilib.
IPC rəsmisi mövcud durumda Əfqanıstan təmsilçilərinin Yaponiyaya getmək imkanları olmadığını bildirib.
Qeyd edək ki, paralimpiada 24 avqust – 5 sentyabrda keçiriləcək. “Taliban” qruplaşması ötən gün Əfqanıstanı tam nəzarətə götürüb.
Report