Əfqanıstanda əyalət qubernatorunun maşın karvanına hücum edilib, ölənlər var
Əfqanıstanın Ləğman əyalətinin qubernatorunu daşıyan maşın karvanına hücum edilib. Ölənlər var.
İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Ləğman əyalətinin sözçüsü Əsədulla Dövlət-Zey məlumat verib.
Bildirilib ki, bu gün əyalətin inzibati mərkəzi Mehtərlam şəhərində hərəkətdə olan maşın karvanına hücum edilib.
Əyalət rəhbəri Rəhmətulla Yarmulun olduğu maşın karvanına hücumda azı 9 nəfər həyatını itirib.
Vali bu terror aktından xilas olub. Ölənlərin yarısı mülki şəxslərdir. Bu terror hücumunda 20 nəfər yaralanıb.
Hücumu hələ heç bir qrup üzərinə götürməyib.