Əfqanıstanda avtobusa silahlı hücum olub, ölən və yaralananlar var

Əfqanıstanda avtobusa silahlı hücum olub, ölən və yaralananlar var

Əfqanıstanın Bəlx vilayətində beynəlxalq hava limanının iki əməkdaşı avtobusa silahlı hücum nəticəsində həlak olub.

“Report” xəbər verir ki, bu barədə Əfqanıstanın “KabulNews” telekanalı məlumat yayıb.

Əyalətin inzibati mərkəzi – Məzari-Şərif şəhərinin hava limanının əməkdaşları iş günündən sonra evə qayıdarkən xüsusi avtobusda silahlı basqın edilib.

Daha 7 nəfərin yaralandığı bildirilir.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + three =