Əfqanıstanda baş verən partlayışlarda 9 nəfər ölüb
Əfqanıstanın şimalındakı Bəlx əyalətində iki partlayış nəticəsində azı 9 nəfər ölüb, 13 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Tolo News” telekanalı yerli təhlükəsizlik xidmətinin nümayəndələrinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, partlayışlar əyalətin inzibati mərkəzi olan Məzari-Şərif şəhərinin iki rayonunda baş verib.
Belə ki, avtomobillərə yerləşdirilmiş iki partlayıcı qurğu işə düşüb.
Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.
Report.az