Əfqanıstanda dəhşətli zəlzələ: yüzlərlə insan həyatını itirdi

Əfqanıstanda dəhşətli zəlzələ: yüzlərlə insan həyatını itirdi

Publika.az xəbər verir ki, bu barədə Əfqanıstan hökumətindəki mənbələrə istinadən Əl-Cəzirə telekanalı məlumat yayıb.

“Paktika əyalətinin Barmala, Ziruk, Naka və Qayyan rayonlarında baş verən zəlzələ nəticəsində azı 255 nəfər ölüb, daha 155 nəfər yaralanıb. Yüzlərlə zərərçəkənə lazımi tibbi yardım göstərilir, dəymiş ziyan hesablanır”, – yerli media xəbər verir.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Əfqanıstanda baş verən zəlzələnin 500 kilometrdən çox uzaqlıqdakı Pakistan və Hindistanda da hiss edildiyini bildirib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + thirteen =