Əfqanıstanda evə raket düşdü, ölənlər var

Əfqanıstanda yaşayış evinə raket düşüb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, nəticədə azı 6 nəfər həlak olub, onlardan 5-i uşaqdır. Dörd nəfərin isə yaralandığı bildirilir. Hadisə Nanqarhar əyalətində baş verib.
İnsidentə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.