Əfqanıstanda geniş şəkildə qida çatışmazlığı yaranıb: 3,5 milyon uşağın dəstəyə ehtiyacı var
Ümumdünya Ərzaq Təşkilatı Əfqanıstanda qida çatışmazlığının yayılması ilə bağlı xəbərdarlıq edərək, ölkədə 3,5 milyon uşağın tibbi yardıma ehtiyacı olduğunu bildirib.
Əfqanıstandakı Ümumdünya Ərzaq Təşkilatı ölkənin 34 əyalətindən 28-də kəskin qida çatışmazlığının yüksək olduğunu və 3,5 milyondan çox uşağın qida dəstəyinə ehtiyacı olduğunu bildirir.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) daha əvvəl bildirmişdi ki, Əfqanıstanda baş verən humanitar böhran və ölkədə yoxsulluğun yayılmasından sonra uşaqlar arasında mənfi qidalanma hallarının hər gün artdığını bildirib.
UNICEF xəbərdarlıq edir ki, bu il Əfqanıstanda 5 yaşından kiçik 3 milyondan çox uşaq ciddi şəkildə qida çatışmazlığından əziyyət çəkəcək.
Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNICEF) Əfqanıstana yardımın artmayacağı təqdirdə bir milyondan çox uşağın ölə biləcəyini bildirmişdi.
ABŞ hökuməti Əfqanıstanın aktivlərinin yarıdan çoxunu müsadirə etdiyi üçün Əfqanıstanda bu problemlər artıb.