Əfqanıstanda güclü zəlzələ olub
Əfqanıstanın şimal-şərqində Pakistanla Tacikistanın sərhədlərı yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Avropa-Sakit Okean Seysmologiya mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Tacikistanın İşkaşim yaşayış məntəqəsindən 35 kilometr cənub-qərbdə, ocağı isə 80 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində zərər və dağıntıların olub-olmadığı barədə məlumat yoxdur.
BAKU.WS