Əfqanıstanda məktəbli mikroavtobusu minaya düşüb, beş uşaq həlak olub

Əfqanıstanda məktəbli mikroavtobusu minaya düşüb, beş uşaq həlak olub

Əfqanıstanın Hərat əyalətində məktəbliləri daşıyan mikroavtobus minaya düşüb, ölənlər var.

SalamNews BBC.Farsi-ə istinadla xəbər verir ki, bu barədə Hərat Əyaləti Qubernatorluğunun Mətbuat xidməti məlumat verib.

Bildirilib ki, Küşki-Köhna rayonu ərazisində hərəkətdə olan bir mikroavtobus minaya düşüb.

Hadisə nəticəsində 5 uşaq həlak olub və 10 nəfər yaralanıb.

Bəzi mənbələr mikroavtobusdakı mülki şəxslərin toya gedərkən minaya düşdüklərini bildiriblər.

Hərat Əyaləti Qubernatorluğu minaların Taliban tərəfindən quraşdırıldığını bildirir.

Əfqanıstanın İnsan Hüquqları Komissiyasının verdiyi statistikaya görə bu ölkədə terror aktları ən çox minalarla törədilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =