Əfqanıstanda Quran xətmi məclisinə edilən hücum nəticəsində 15 nəfər həyatını itirib

Əfqanıstanda Quran xətmi məclisinə edilən hücum nəticəsində 15 nəfər həyatını itirib

Əfqanıstanın Qəzni əyalətinin Gilan rayonunda Quran xətmi məclisinə hücum nəticəsində azı 15 nəfər həyatını itirib.

SalamNews ToloNews-a istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün Gilan rayonu ərazisində Quran xətmi məclisinin keçirildiyi ibadət evinin qarşısında bir minalanmış maşın partladılıb.

Nəticədə 15 nəfər həyatını itirib və 20 nəfər yaralanıb.

Eyni zamanda Əfqanıstanın Daxili İşlər Nazirliyi bildirib ki, Taliban əyalət ərazisində yerləşən “Molla Baba” ziyarətgahında da partlayış törədib.

Taliban bu hadisələrə hələ münasibət bildirməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + six =