Əfqanıstanda silsilə partlayışlar: 14 nəfər öldü, çox sayda yaralı var

Əfqanıstanda silsilə partlayışlar: 14 nəfər öldü, çox sayda yaralı var

Publika.az xəbər verir ki, bu barədə “ABC News” telekanalının  məlumatında deyilir.

“Çərşənbə günü Əfqanıstanda silsilə partlayışlar baş verib. Kabildə məsciddə baş verən partlayış zamanı azı 9 ibadətçi ölüb. Şimalda da 5 nəfərin ölümü ilə nəticələnən 3 mina partlayışı baş verib”, – məlumatda deyilir.Hadisələr həmçinin çoxsaylı mülki şəxslərin xəsarət almasına səbəb olub. Xüsusilə, Kabildəki xəstəxanalardan birinə axşam namazının qılındığı məsciddə baş verən partlayış nəticəsində yaralanan 22 nəfərin yerləşdirildiyini bildirib. Ölən 9 nəfərdən əlavə, daha 15 nəfər yaralanıb.

“İslam Dövləti” şimaldakı hücumlara görə məsuliyyəti üzərinə götürüb.İŞİD qruplaşmasının Əfqanıstandakı qanadı 2014-cü ildən fəaliyyət göstərir və Əfqanıstanda yeni “Taliban” hökuməti üçün ən böyük təhlükəsizlik problemi hesab olunur. Keçən avqustda Kabildə və ölkənin digər bölgələrində hakimiyyəti ələ keçirdikdən sonra “Taliban” Əfqanıstanın şərqində İŞİD liderlərinə qarşı əməliyyatlara başlayıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + nineteen =