Əfqanıstanda son həftə ərzində partlayışlarda azı 50 uşaq həlak olub

Əfqanıstanda son həftə ərzində partlayışlarda azı 50 uşaq həlak olub

Son həftə ərzində Əfqanıstanda silsilə partlayışlar nəticəsində azı 50 uşaq həlak olub.

Bu barədə “Report” Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) məlumatına istinadən xəbər verir.

UNİCEF-in regional direktoru Gorg Larya-Acey rəqəmlərin artmağa davam edəcəyini bildirib. O əlavə edib ki, UNİCEF bütün zərərçəkmiş ailələrə başsağlığı verir.

Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, təkcə aprelin 21-də Əfqanıstanın üç şəhərində silsilə terror aktları baş verib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × one =