Əfqanıstandaxili danışıqlar fonunda Talibanın 125 üzvü silahlarını orduya təhvil verib
Əfqanıstanda hökumətlə Taliban arasında sülh danışıqlarının aparılması fonunda ölkənin Bəlx əyalətində yüzdən çox silahlı silahlarını orduya təhvil verib.
İnterAz SalamNews -a istinadla xəbər verir ki, bu barədə Bəlx əyalətinin Çahar-Kənd rayonunun Qubernatorluğundan məlumat verilib.
Bildirilib ki, Əfqanıstandaxili danışıqlarının istiqamətində bəzi bölgələrdə sülh addımları atılmağa başlayıb.
Əlavə edilib ki, Çahar-Kənd rayonununda Talibanın 125 üzvü silahlarını ordu qüvvələrinə təhvil veriblər.
Taliban hələ məsələyə münasibət bildirməyib.
Qeyd edək ki, Dohada aparılan Əfqanıstandaxili danışıqlar ötən ay başlayıb və artıq bir həftədir dayanıb.