Əfqanıstanın Bamyan əyalətində törədilən partlayışlarda ölənlərin sayı 17-ə çatıb (VİDEO)

Əfqanıstanın Bamyan əyalətində törədilən partlayışlarda ölənlərin sayı 17-ə çatıb (VİDEO)

Əfqanıstanın Bamyan əyalətinin inzibati mərkəzində ötən gün axşam saatlarına yaxın törədilən iki ardıcıl partlayışlarda ölənlərin sayı 17-ə çatıb.

SalamNews AvaPress-ə istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bamyanda iki ardıcıl partlayışda ölənlərin sayı 17-ə çatıb və ümumilikdə 57 nəfər müxtəlif dərəcələrdə yaralanıblar.

Bu hücum Bamyan şəhərinin mərkəzində bazar və otel yaxınlığında törədilib.

Taliban bu hücumun məsuliyyətini üzərinə götürməyib.

Bamyan Əfqanıstanın təhlükəsiz əyalətlərindən və adətən xarici turistlərin get-gəl etdiyi bölgələrdəndir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + thirteen =