Əfqanıstanın cənubunda partlayış törədilib, azı 9 ölü var

Əfqanıstanın cənubunda partlayış törədilib, azı 9 ölü var

Əfqanıstanın Helmənd əyalətinin Gərşək rayonunda şiddətli partlayış törədilib, azı 9 ölü var.

İnterAz SalamNews-a  istinadla xəbər verir ki, partlayış Helməndin Gərşək rayonunda ordunun qurduğu bir postda törədilib.

Bir minalanmış maşının post qarşısında partladılması nəticəsində azı 9 nəfər həyatını itirib.

Daha 10 nəfərin müxtəlif dərəcələrdə yaralandığı qeyd edilib.

Talibanın nüfuzunun çox olduğu bu əyalətdə törədilən sözügedən terror aktını hələ heç bir qrup üzərinə götürməyib.

Qeyd edək ki, Qətər paytaxtında Əfqanıstan hökumətilə Taliban arasında ötən ayda başlayan sülh danışıqlarında fasilə yaranıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − thirteen =