Əfqanıstanın Helmənd əyalətində 35 min insan döyüşlərə görə ev-eşiyini tərk edib

Əfqanıstanın Helmənd əyalətində 35 min insan döyüşlərə görə ev-eşiyini tərk edib

Son 3-4 gündə Əfqanıstanın Helmənd əyalətində gedən döyüşlərə görə 35 min insan ev-eşiyindən didərgin düşüb.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu BMT-nin Əfqanıstandakı nümayəndəliyi bəyan edib.

Bildirilib ki, son 3-4 gündə Əfqanıstanın Helmənd əyalətində Taliban silahlıları ilə hökumət qüvvələri arasında şiddətli qarşıdurmalar nəticəsində azı 35 min insan evlərini tərk etməli olub.

Əfqanıstanın Müdafiə Nazirliyinin rəhbəri Əsədulla Xalid əyalətə yola düşüb.

Qeyd edək ki, Əfqanıstan Müdafiə Nazirliyi ötən gün axşam bu əyalətdə iki helikopterin qəzaya uğradığını bildirib. Mənbə təkcə bir gün ərzində bu əyalətin iki rayonunda 71 Taliban üzvünün zərərsizləşdirildiyini bəyan edib.

Qeyd edək ki, Taliban və Əfqanıstan hökuməti Helmənd qarşıdurmaları fonunda Qətər paytaxtı Dohada danışıqlar aparırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − seven =