Əfqanıstanın Helmənd əyalətində Talibanın 21 silahlısı zərərsizləşdirilib

Əfqanıstanın Helmənd əyalətində Talibanın 21 silahlısı zərərsizləşdirilib

Ötən gün Helmənd əyalətinin Navə rayonunda gedən qarşıdurmalar zamanı Taliban hərəkatının 21 silahlısı zərərsizləşdirilib

İnterAz bu barədə SalamNews-a istinadla xəbər verir.

Bildirilib ki, ötən gün Helmənd əyalətinin Navə rayonunda Taliban bir neçə istiqamətdən hücuma keçməyə cəhd edib.

Hücum dəf edilib və Taliban hərəkatının 21 silahlısı zərərsizləşdirilib.

Əfqanıstan Müdafiə Nazirliyi hökumət qüvvələrinin itki və yaralılarının sayını açıqlamayıb.

Bununla yanaşı ölkənin Daxili İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, paytaxt Kabildə son 3 gündə həyata keçirilən hücumlar və partlayışlar nəticəsində 15 nəfər həyatını itirib.

Qeyd edək ki, Əfqanıstanda bu qarşıdurmalar və terror aktları sülh danışıqları fonunda baş verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 3 =