Əfqanıstanın Helmənd və Hərat əyalətlərində partlayışlar törədilib, azı 7 ölü var
Əfqanıstanda Helməndin Gərşək rayonunda və Hərat-Qəndəhar yolunda qoraşdırılmış bomba və minların partlaması tələfatla nəticələnib.
SalamNews ToloNews-a istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi bəyanat verib.
Bildirilib ki, bu gün Helməndin Gərşək rayonu eləcə də Hərat-Qəndəhar yolunda quraşdırımış bombalar və minların işə düşməsi nəticəsində azı 7 nəfər həyatını itirib.
Bu partlayışlarda 20-dən çox mülki şəxsin yaralandığı qeyd edilib.
Qeyd edək ki, hazırda Qətərdə Əfqanıstandaxili danışıqlar aparılır.