Əfqanıstanın şərqində bir helikopter qəzaya uğrayıb, ölənlər var

Əfqanıstanın şərqində bir helikopter qəzaya uğrayıb, ölənlər var

Əfqanıstanın Nəngərhar əyalətində bir helikopterin qəzaya uğraması nəticəsində 2 nəfər həyatını itirib.

SalamNews ToloNews-a istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyi bəyanat verib.

Bildirilib ki, Nəngərhar əyalətində ordunun bir ədəd M-17 helikopteri eniş edərkən qəzaya uğrayıb.

Helikopter ekipajından iki nəfər həyatını itirib və daha iki nəfər yaralanıb.

Helikopterin texniki nasazlıqdan qəzaya uğradığı deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 11 =