Əfqanıstanın şimalında partlayış törədilib, 5 nəfər ölüb
Əfqanıstanın şimalında törədilən terror aktı nəticəsində azı 5 nəfər həlak olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “The Khaama Press” agentliyi məlumat yayıb.
Partlayış Bəlx vilayətinin mərkəzi olan Məzari-Şərif şəhərində avtobusa quraşdırılmış bombanın işə düşməsi nəticəsində baş verib.
İlkin məlumatlara görə, avtobus “Haraton Oil” neft şirkətinin əməkdaşlarını daşıyırmış.
Hadisə ilə bağlı istintaq aparılır.
Report.az