Əfqanların Hollandiya hərbçiləri tərəfindən qəsdən öldürülməsi məlum olub

Əfqanların Hollandiya hərbçiləri tərəfindən qəsdən öldürülməsi məlum olub

Eastnews.org-un verdiyi xəbərə görə, keçmiş hollandiyalı əsgər 2017-ci ildə ölkəsinin əsgərləri tərəfindən əfqanların qəsdən öldürülməsini açıqlayıb.

O, ABŞ liderliyindəki koalisiyanın Əfqanıstandakı işğalı zamanı ölkəsinin əsgərlərinin mülki insanları öldürdüyünü bildirib.

Məlumata görə, keçmiş hollandiyalı əsgər Servie Holzken yerli “Troy” qəzetinə verdiyi açıqlamada ölkəsinin qüvvələrinin 2017-ci ildə Əfqanıstanın mərkəzindəki Uruzqan vilayətində iki evdə dinc insanlara atəş açdığını söyləyib.

O qeyd edib ki, evdəkilərin “Taliban” yaraqlılarına aid olduqlarını düşünüblər:

“İnsanlar evlərindən qaçmağa başladıqda, yüksək vəzifəli komandirlərin əmri ilə onlara atəş açdıq”.

Açıqlamaya cavab olaraq, Hollandiya Müdafiə Nazirliyi iddialardan son dərəcə təəccüblü olduğunu və ilkin istintaqa başlayacağını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =