Əfv Komissiyasının növbəti iclası başlayıb
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlər araşdırılacaq.
Qeyd edək ki, komissiyanın iclaslarının 28 May – Müstəqillik Günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir. İndiyə qədər komissiya 300-dən artıq müraciətə baxıb.
BAKU.WS