Əfv və güzəşt etməyin 5 dünya səmərəsi

Əfv və güzəşt etməyin 5 dünya səmərəsi

Əfv və güzəşt etmək – o fəzilətli sifətlərdəndir ki, insanı Allahın sevimlisi edir və başqalarının gözündə ucaldır. Əfv və güzəşt etməyin təsirləri vardır ki, onlarla tanış olaq:

1. Əfv və güzəşt etmək – insanın qatı düşmənini dosta çevirər. “Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur”. (”Fussilət” 34).

2. Əfv və güzəşt etmək – qüdrətin davamlı olmasına səbəb olar. Çünki, düşmənçilik azalar və dostluq artar. Peyğəmbərin (s) hədisində oxuyuruq: “Padşahların əfv etməsi – hökumətin davamlı olmasına səbəb olar”.

3. Əfv və güzəşt etmək – abır və izzətə gətirib çıxardar. Çünki, insanların nəzərində alicənablığın və şəxsiyyətin nişanəsidir. Həzrət Peyğəmbər (s) buyurur: “Əfv və güzəşt edin. Çünki əfv etmək insanın izzətini artırar”.

4. Əfv etmək – kinin, düşmənçilyin və cinayətin qarşısını alar. İntiqam almaq insanın düşmənçilik ruhiyyəsini alovlandırar. Ancaq əksinə, əfv etmək bu alovu yatızdırar. Peyğəmbərimiz (s) buyurur: “Bir-birinizi əfv edin ki, düşmənçilik və kini aradan aparar”.

5. Əfv səbəb olar ki, insanın ruhu və canı sağlam olsun. Nəticədə insanın ömrünü uzadar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimin əfvi çox olarsa, ömrü uzun olar”.

Bu deyilənlər əfv və güzəştin dünya səmərələri idi. Əfv və güzəştin axirət səmərələri çox böyükdür. Onlardan biri haqqında İmam Əli (ə) buyurur: “Qüdrət zamanı əfv və güzəşt etmək – İlahi əzab qarşısında qalxandır”. (Hədənə)

/Deyerler.org/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 5 =