Əhaliyə XƏBƏRDARLIQ – Nəsimi, Suraxanı, Sabunçu, Xətai və Yasamal rayonlarında… – VİDEO

Əhaliyə XƏBƏRDARLIQ – Nəsimi, Suraxanı, Sabunçu, Xətai və Yasamal rayonlarında… – VİDEO

Bu il bütün ölkəyə veriləcək istilikdə heç bir problem yaşanmayacaq. Əgər hansısa problemlər olarsa, bunun kökü böyük ehtimalla ya vətəndaşın, ya da müəssisənin özündən qaynaqlanır.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, mövsüm başlamadan öncə artıq quum tərəfindən bu ilin 10 ayında istifadə edilən qazın dəyəri SOCAR “Azəriqaz” İstehsalat Birliyinə tam ödənilib. İstilik mövsümünün başlanılması çərçivəsində bütün qazanxanalara qazın açılışı tam təmin olunub və ASC-nin balansında olan 564 qazanxana qazla təchiz olunub.

Qrum rəsmisi bununla bərabər “Azəristiliktəchizat”a ödənilməyən borcun məbləğini də açıqlayıb. O təəssüflə bildirib ki, bəzi yaşayış binalarında və keçmiş məcburi köçkünlər üçün tikilib istifadəyə verilmiş çoxmənzilli yaşayış komplekslərində ödəniş səviyyəsi ürəkaçan səviyyədə olmayıb. Bu da birbaşa həmin yerlərə veriləcək istilikdə müəyyən problemlərə yol aça bilər.

İlham Mirzəliyev həmçinin bildirib ki, 214 yaşayış binası, 37 təhsil müəssisəsi və 8 səhiyyə obyektinin istilik sistemlərində problemlər olduğu müəyyən edilib.

Bununla bağlı aidiyyəti qürumlara müvafiq məlumat verilib. Hazırda 191 yaşayış binası, 19 təhsil müəsisəsi və 4 səhiyyə obyektində mülkiyyətçilər tərəfindən zəruri tədbirlərin görülməsi başa çatdırılmayıb.

Hətta paytaxtın Nəsimi, Suraxanı, Sabunçu, Xətai və Yasamal rayonlarında bir sıra binalar istiliyə görə borclarını ödəmirlər.

O, işğaldan azad olunan ərazilərdə “Azəristiliktəchizat”ın gördüyü işlərə də toxunub. Onun sözlərinə görə, artıq Şuşa şəhərində istilik təchizatı ilə bağlı bir sıra məsələlər həll olunub.

İlham Mirzəliyev həmçinin əlavə edib ki, işğaldan azad edilmiş ərazilərində “2022-2026-cı illərdə yaşıl enerji zonasının yaradılması üzrə Tədbirlər Planı təsdiq edilib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × two =