Əhli-Beytə (ə) salam verməyin sirri nədir?

Əhli-Beytə (ə) salam verməyin sirri nədir?

(Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən)

Elm məclislərinin ədəb qaydalarından biri budur ki, müəllim müxatiblərinə salam göndərsin və salam versin. Bu, o ədəbdir ki, Uca Allah Quranda bizə öyrətmişdir. “Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlara «salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı) rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır» de”. (“Ənam” 54).

Yəni, şagirdlər elm öyrənmək üçün sənin yanına gəlsələr, onlara ilk olaraq salam ver. Peyğəmbərin (s) məclisində olanlar adətən iki dəstə insanlar idilər. Onların yarısı salamı Peyğəmbərdən (s) alırdılar, yarısı isə Allahdan. Əlbəttə Allahın salamı – həmin salamatlıq əta etməkdir. Bu cür deyildir ki, Allah xüsusi insana salam desin. Bəlkə insanın salamatlığı Allahın salamının nəticəsidir. Xüsusilə də qəlb salamatlığı.

Əgər qəlb Allahdan qeyrisini yada salmaqdan boş olarsa, bu cür qəlb – sağlam qəlbdir. Bu zaman elm və maarif də həmin qəlbə yerləşə bilir və özünə yer tapa bilir.

Başqa tərəfdən, qəlb salamatlığı – qəlbin riqqətə gəlməyi ilədir. Ona görə də əgər insan elə hala düşsə ki, qəlbi sınar, riqqətə gələr, gərək Allaha şükür etsin. Əgər bir mövzu öyrənibdirsə, gərək Allaha şükür etsin. Çünki bunların hamısı İlahi əta sayəsində olmuşdur.

Hər bir halda qəlbin sağlam olması – yolun yarısıdır.

Biz Məsumları (ə) ziyarət edən zaman salam verərkən əslində Allahdan iki şey istəyirik. Birincisi – qəlbimizin sağlam olmasını. İkincisi isə yaxşı qəlbə malik olmağı. Yəni, Allahdan istəyirik ki, rəhmət və bərəkətini qəlbimizə nazil etsin. Qəlbimizi Ondan qeyrisindən təmizləsin. (Hədənə)

/Deyerler.org/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 2 =