Əkin sahəsində kişini ildırım vurub

Əkin sahəsində kişini ildırım vurub

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayonun Alar kəndində baş verib. Belə ki, 1976-ci il təvəllüdlü Quliyev Füzuli Mirzəbala oğlu əkin sahəsində təsərrüfatla məşğul olarkən onu ildırım vurub. O, koma vəziyyətində xəstəxanaya çatdırılıb.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 10 =