Əl-Əhd-in xüsusi buraxılışı: Əbu Mehdi əl-Mühəndisin səmaya pərvazı gecəsində Sərdar Süleymaninin yanında olmaqda israr etməsi

Əl-Əhd-in xüsusi buraxılışı: Əbu Mehdi əl-Mühəndisin səmaya pərvazı gecəsində Sərdar Süleymaninin yanında olmaqda israr etməsi

Əl-Əhd Xəbər Agentliyi müqavimət komandirlərinin şəhadəti ilə bağlı xəbərdə yazıb ki, şəhid Əbu Mehdi əl-Mühəndis xəstə olmasına baxmayaraq, Sərdar Hacı Qasım Süleymanini Bağdad hava limanında qarşılamaqda israrlı olmuşdur.

Amerika cinayətinin və Generalr Qasım Süleymani və Əbu Mehdi əl- Mühəndisin şəhadətinin ikinci ildönümündə Livanın Əl-Əhd xəbər saytı bu iki şəhid və onların davranışları haqqında Audio Blog şəklində bir sıra rəvayətlər dərc edib.

 Onlardan biri hadisə baş verən gecə şəhid Əbu Mehdi əl- Mühəndisin şəhid Süleymanini qarşılamaq üçün təkid etməsinə işarə edir.

Əl-Əhd saytının məlumatına görə, iki böyük şəhid şəhadətlərindən beş gün əvvəl bir-birləri ilə görüşüblər. Həmin cinayətkar sui-qəsd gecəsi şəhid Əbu Mehdi əl- Mühəndis xəstə idi. O, heç vaxt Hacı Qasimlə ayrılmayıb, ona zəng edərək ümumi vəziyyətinin yaxşı olmadığını, mümkün olsa, Şəhid Süleymaninin hava limanında qarşıla ya bilməsi üçün səfərini təxirə salmasını bildirib.

Şəhid Qasım Süleymani də onu qarşılamağa ehtiyac olmadığını bildirmiş və onu müşayiət etmək üçün bir neçə nəfəri hava limanına göndərməsinin yetərli oldğunu deyib.

Sonra Şəhid Əbu Mehdi deyib: “Əgər gəlmək istəyirsənsə, o zaman hava limanına gələcəm.”

Əl-Əhd saytı yazıb: “Əbu Mehdinin həmişə hava limanında Hacı Qasimlə şəxsən görüşmək vərdişi olub və qayıdanda onu təyyarənin girişinə qədər müşayiət edib.

Həmin gecə də adətindən əl çəkməyib. “O, əbədi olaraq Şəhid Süleymaninin yanında olmaq üçün hava limanına gedib.”

Bir dəfə müsahibəsində “hansı şəxsin yanında daha çox aram olur?” sualına belə cavab verib: Hacı Qasımin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 14 =