Əl-Ənbarda 3-ü İŞİD lideri olmaqla 17 terrorçu öldürülüb

Əl-Ənbarda 3-ü İŞİD lideri olmaqla 17 terrorçu öldürülüb

İraq ordusu Əl-Ənbar vilayətində keçirilən hərbi əməliyyatda 3-ü İŞİD lideri olmaqla 17 terrorçunun öldürüldüyünü açıqlayıb.

Mehr Xəbər Agentliyinin Sputnik İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İraq Silahlı Qüvvələri Baş Komandanlığının sözçüsü Yəhya Rəsul bildirib.

Əl-Ənbar vilayətinin “Ər-Rutbə” şəhərində keçirilən qabaqlayıcı əməliyyatda 17 terrorçu məhv edilib, onlardan 3-ü İŞİD terror qruplaşmasının liderləridir.

Bu, ötən həftə Əl-Ənbar vilayətinin 57-ci Həşdi Şəbi briqadasının qüvvələrinin Ənbar vilayətinin qərbində yerləşən “Əl-Xovzə” bölgəsində İŞİD terrorçularına qarşı əməliyyat keçirib.

Bundan əvvəl Həşdi Şəbi bu bölgələrdə təhlükəsizlik yaratmaq üçün Əl-Ənbar vilayətinin qərb bölgələrində təhlükəsizlik tədbirlərini gücləndirdiyini açıqlamışdı.

Qeyd edək ki, İraq təhlükəsizlik qüvvələri İŞİD və onun fərari ünsürlərinin yenidən üzə çıxmaması üçün ölkə daxilində İŞİD qalıqlarının axtarışına, təmizlənməsinə və təqibinə davam edir.

Qalan İŞİD ünsürləri hələ də Bağdad, Salahəddin, Diyala, Kərkük, Neynəva və Ənbar bölgələrində fəaliyyət göstərir.

İraq qüvvələri hərbi əməliyyatlar keçirməklə və İŞİD-i təqib etməklə terrorçuların fəaliyyətinə imkan vermir, lakin təkfirçilər əlverişsiz hava şəraitindən istifadə edərək, hərəkətə keçirlər.

İraq rəsmiləri bu yaxınlarda ölkə ordusunun İraqın şimalında keçirdiyi əməliyyatda 17 İŞİD yaraqlısının öldürüldüyünü, Huveycə şəhəri və Səlahəddin əyalətində isə daha beşinin həbs edildiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − eight =