Əl-Əqsa məscidində möhtəşəm Qurban bayramı namazı + Foto
100 min fələstinli Məscidül-Əqsada Qurban bayramı namazını qılıb və işğalçı rejimin qeyri-insani hərəkətlərinə cavab verib.
Bu gün səhər çərşənbə günü (28 iyun) yüz minlərlə fələstinli Qurban bayramı namazını Əl-Əqsa məscidində qılıb və öz dini və milli bayramlarını onun həyətlərində keçirib.
Fələstin İslami Vəqflər İdarəsi verdiyi açıqlamada bildirib: Bu gün 100 min ibadətçi Əl-Əqsa məscidində mübarək Qurban bayramı namazını qılıb.
Fələstinin “Şahab” xəbər agentliyi yazıb: 100 min fələstinli işğalçı rejimin Qüds şəhərindəki məhdudiyyətlərinə və sərt hərbi tədbirlərə baxmayaraq, Məscidül-Əqsada Qurban bayramı namazını qılıb və onun həyətlərində bayram keçirib.
Bu xəbərin davamında deyilir: Fələstin xalqı işğalçılara cavab vermək və sionist rejimin Qüds və Əqsaya qarşı planlarını puça çıxarmaq üçün öz iradəsi ilə və ictimai toplanma zamanı Məscidül-Əqsaya gəlib.
Qurban bayramı namazı işğalçı rejimin Qüds şəhərində və Əl-Əqsada təcavüzünün şiddətlənməsi ilə eyni vaxtda, yəni Tel-Əvivin şəhərsalma layihələrini genişləndirmək, əraziləri yəhudiləşdirmək və işğalçıların Əl-Əqsanı bölmək cəhdlərini artırdığı bir vəziyyətdə qılınıb.