Əl-Əqsa məscidinin imamı Məscidül-Əqsada baş verənləri “əsl müharibə” adlandırdı

Əl-Əqsa məscidinin imamı Məscidül-Əqsada baş verənləri “əsl müharibə” adlandırdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Əl-Əqsa məscidinin imamı Şeyx Əkrəmə Səbri sionist rejim qüvvələrinin Məscidül-Əqsada müxtəlif silahlarla “əsl müharibə” apardıqlarını söyləyib.

O, Fələstin Səfa xəbər agentliyinə verdiyi müsahibəsində deyib ki, Məscidül-Əqsa, Qüdsdəki işğalçı rejimin xüsusi təyinatlı qüvvələri və silahlılarının ayaqları altında tapdanmış, təcavüz edilmiş və işğal olunmuşdur. Bu kimi hadisələr Qüds şəhərinin işğal edildiyi 1967-ci ildən bəri görünməmiş hadisələrdir.

Əl-Əqsa məscidinin imamı, sionist rejim əsgərlərinin ibadət edənlərin başlarına və gözlərinə qəsdən plastik güllələr vurduğunu və ibadət edənlərin çoxunun bu iki nahiyədən yaralandığını əlavə edib.

Şeyx Əkrəmə Səbri qeyd edib ki, sionist əsgərləri yəhudilərin məscidə girmələrinə və məscidə təcavüzə yol açmaq üçün ibadət edənləri və möminləri məsciddən çıxarmaq istəyirlər. Bir halda ki, Məscidül-Əqsa bütünlüklə müsəlmanlara məxsusdur və onların bu məsciddə haqqı yoxdur.

Məscidül-Əqsanın imamı ərəb və İslam ölkələrinin mövqeyini tənqid edərək, belə deyib: “Ərəb və İslam ölkələri Məscidül-Əqsada baş verənlərlə bağlı nə addım atırlar? Hər kəs bu məsciddə baş verənlərə görə öhdəsinə düşən məsuliyyəti yerinə yetirməlidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + 19 =