Əl-Əqsa Məscidinin xətibi Şənbə gününü Fələstində “qəzəb günü” olaraq elan etdi

Əl-Əqsa Məscidinin xətibi Şənbə gününü Fələstində “qəzəb günü” olaraq elan etdi

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Əl-Əqsa Məscidinin xətibi Cümə günü Fələstində İslam Peyğəmbərinə (s) dəstək olaraq sabahkı günü (şənbə gününü) “qəzəb günü” olaraq elan etdi və müqəddəs Peyğəmbərin (s) təhqir olunmasını qınadı.

Falastin Today-ə istinadən bildirilir ki, Məscidül-Əqsanın vaizi “Şeyx Əkrəmə Səbri” Fransanın müqəddəs İslam Peyğəmbərini (s) təhqir etməsini kəskin şəkildə pislədi və İslam Peyğəmbərini (s) müdafiə edərək Şənbə gününü Fələstində “qəzəb günü” olaraq elan etdi.

Şeyx Səbri müsəlmanların Fransanın bu təcavüzkar və mədəniyyətsiz hərəkətlərindən qəzəbləndiyini dilə gətirdi.

Bu cür cizgi filmlərinin yayımlanmasının ifadə azadlığı iddiaları ilə tamamilə zidd və bunun əslində məsxərə və təhqir olduğunu söylədi.

Fransanın müqəddəs İslam Peyğəmbərini (s) təhqir etməsi və Emmanuel Makronun bu təhqiri alçaqcasına müdafiə etməsi bütün İslam dünyasında etiraz və tənqid dalğasına səbəb oldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + 16 =