Əl-Əxbar: Bütün dünya “Salam Komandan” musiqisinin güclü siyasi konsepsiyalarının təsirindən qorxudadır

Əl-Əxbar: Bütün dünya “Salam Komandan” musiqisinin güclü siyasi konsepsiyalarının təsirindən qorxudadır

Livanın “Əl-Əxbar” qəzeti bir qeyd dərc edərək, “Salam Komandan”  mahnısının bütün dünyaya necə yayıldığını və güclü siyasi məna daşıdığı üçün düşmənin bu mahnının nüfuz təsirindən qorxduğunu araşdırıb.

Livan Beynəlxalq Politologiya Universitetinin professoru Sadiq Ən-Nablusi “Salam Komandan” mahnısını İranda ifasından cəmi bir neçə ay sonra qloballaşması və bu ölkənin müxtəlif bölgələrində onun Livan versiyasının oxunması haqqında yazdığı qeyddə  bu mahnının müxtəlif ölkələrdə niyə məşhur olduğunu və nə üçün pərdəarxası tənqidlərlə məruz qaldığını araşdırıb.

 “Salam Komandan” mahnısı İranın hüdudlarından kənarda da çox məşhurlaşıb və onun Bəhreyn, İraq, Livan, kürd, azəri, ingilis, pakistan və sair dillərdə versiyaları hazırlanıb. “Salam Ya Mehdi” adlı mahnının Livan variantı bu ölkənin bir çox bölgələrində İmam Zamanın (ə) çoxlu sayda pərəstişkarları və sevənlərinin iştirakı ilə oxunub.

“Əl-Əxbar” qəzetində dərc olunan bu qeydin müqəddiməsində deyilir:

Livan Hizbullahının icra şurasının rəhbəri Seyid Hişam Səfiəddin sosial mediada yayılan bir videoda deyib: Nə vaxt “Salaam Ya Mehdi” mahnısının sözlərini dinləsəm, ağlayıram.

Bir çoxları bu mahnının eşidəndə onun kimi ağladılar. Çünki bu mahnı İmam Zamana (ə.f) olan sevgi və məhəbbəti çatdırır.

“İmamiyyə şiələri”nin təlimindən xəbəri olmayanların çoxu sual verir ki, “şiə”nin ruhuna enmiş və dərindən nüfuz etmiş bu nəğməni dinləyənlərin ağlamasına səbəb nədir?

Mənim bu mahnıya heyran olan və eyni zamanda müxtəlif dinlərdən olan dostlarım var.

Hiss edirdilər ki, orada qədim ədəbiyyata malik əqidələr var və onun simvollarını, sirlərini dərk etmək o qədər də asan deyil.

Müəllif daha sonra bildirir ki, bu mahnı bəziləri üçün qəribə bir mədəniyyət sahəsinə daxil olub.

Bəziləri bunu başqa dinlərin məkanına nüfuz edən yumşaq dini təsir hesab edir.

Onlardan bəziləri bunu Hizbullahın tərəfdarlarının təsəvvürlərinə təsir edərək daxili bərabərliklərin dəyişməsinin öz xeyrinə sabitləşdirmək niyyətində olan mahnı kimi qiymətləndirirlər.

Digərləri isə bunu nəhəng geosiyasi layihənin başlanması kimi qiymətləndirir və regionda müqavimət oxunun genişlənməsi ilə əlaqələndirirlər.

Bundan başqa, əsas mənbəyi iman, yaxşılıq, haqq və ədalət olan müqavimətlə bağlı hər hansı sənət əsəri haqqında düşmən təxəyyülünün yaratdığı başqa mülahizələr və xəyali obrazlar da var.

Qeyd edək ki, bu mahnıda insana pis təsir qoyacaq heç bir şey yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + seven =