Əl-Əxbar: İran Tehran görüşünün nəticələrindən razıdır; Anti-Qərb cəbhəsi gücləndirilir

Əl-Əxbar: İran Tehran görüşünün nəticələrindən razıdır; Anti-Qərb cəbhəsi gücləndirilir

Livanın “Əl-Əxbar” qəzeti yazıb ki, iranlılar bu yaxınlarda Rusiya və Türkiyə prezidentlərinin iştirakı ilə Tehranda keçirilən və “Anti-Qərb cəbhəsi”nin güclənməsinə gətirib çıxaran üçtərəfli görüşün nəticələrindən razıdırlar.

  Türkiyə və Rusiya prezidentlərinin bu yaxınlarda Tehrana səfəri və İran İslam Respublikasının yüksək vəzifəli şəxsləri ilə görüşü dünya mediasında geniş əksini tapdı, bir çox müşahidəçi və siyasi analitiklərin fikrincə, bu, “Qərb əleyhinə yeni ittifaq idi.”

Livanın “Əl-Əxbar” qəzeti bununla bağlı “İranlıların “Qərb eleyhinə cəbhənin gücləndirilməsi nəticələrindən məmnundurlar” başlığı ilə qeyd dərc edib. Həmin qeyddə yazılır:

 “İki illik fasilədən sonra İranın paytaxtı Tehranda keçirilən “Astana Prosesi”nin qarant ölkələrinin 7-ci Sammiti regional və beynəlxalq şərtlər və Sammitdə iştirak edən tərəflərin hər birinin hesabları nəzərə alınmaqla həmişəkindən daha çox diqqət çəkdi.

Bu kontekstdə ölkəsi bu günlərdə 82%-lik inflyasiyadan əziyyət çəkən və xüsusilə 2023-cü il prezident seçkiləri yaxınlaşdığı bir vaxtda təcili olaraq İran və Rusiya ilə münasibətləri yaxşılaşdırmağa ehtiyacı olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu Sammitdə iştirakı çox əhəmiyyətlidir.

Müəllif daha sonra yazır: “Bununla belə, Ərdoğan Tehranda İran İslam Respublikasının lideri Ayətullah Seyid Əli Xameneidən Türkiyənin Azərbaycan və Ermənistan respublikaları arasında münaqişə ilə bağlı siyasəti, həmçinin, Ankaranın Şimali Suriyaya yeni hücumlar həyata keçirmək təhdidləri ilə bağlı açıq xəbərdarlıq aldı.

Bir çox müşahidəçilər hesab edir ki, Ayətullah Xameneinin açıqlamalarının səmimiyyəti misilsiz idi və görünür, bu sözlər Türkiyənin qonşuları və müttəfiqləri ilə sərhədlərində narahatlıq və gərginlik yaratmasının qarşısını almaqda İranın ciddiliyini göstərmək məqsədi daşıyır.

Qeyddə belə davam edilir: “Lakin Rusiya tərəfindən Amerika prezidenti Co Baydenin regiona səfərindən sonra Rusiya prezidenti Vladimir Putinin bu görüşdə iştirakı Ukrayna müharibəsi səbəbindən Moskvanın Qərblə münaqişəsi baxımındandır. Hələ Putinin İran paytaxtına səfərindən əvvəl, son günlər Rusiya rəsmiləri tərəfindən Tehranla münasibətlərin vacibliyi və sanksiyalara qarşı birgə səylər barədə nisbətən görünməmiş yanaşmalar və fikirlər səsləndirilib.

Avrasiya İttifaqı ilə İran arasında azad ticarət sazişinin imzalanması, Tehranla Rusiyanın “Qazprom” şirkəti arasında anlaşma memorandumunun imzalanması, Şimal-Cənub dəhlizinin istismarı, eləcə də hərbi əməkdaşlığın inkişaf etdirilməsi buna sübutdur..

Hərbi əməkdaşlığın inkişafı göstərir ki, iki ölkə bütün səviyyələrdə əməkdaşlığı gücləndirməkdə davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × two =