Əl-Əxbar: Səudiyyə Ərəbistanı Yəmənin tələblərini qəbul etməyə məcbur oldu

Əl-Əxbar: Səudiyyə Ərəbistanı Yəmənin tələblərini qəbul etməyə məcbur oldu

Livan qəzeti Yəmənin siyasi mənbələrinə istinadən Səudiyyə Ərəbistanının ölkənin tələblərini qəbul etdiyini və Yəmənin humanitar problemlərinin həllinin prioritet olduğunu yazıb.

Məlumatlı mənbələr Səudiyyə Ərəbistanı və Yəmənin bu ölkədə atəşkəsin uzadılması ilə bağlı razılığa gəldiyini açıqlayıb. Təbii ki, Ər-Riyad humanitar məsələlərdə və hər şeydən əvvəl maaşların verilməsində Sənanın tələblərini qəbul etdikdən sonra.

 “Əl-Əxbar” qəzeti bu mənbələrə istinadən bildirir ki, yəmənli işçilərin maaşı 2014-cü ilin siyahıları əsasında olacaq. Xüsusi bir təyyarə bu maaşları hər ay valyuta şəklində Sənaya daşıyacaq.

Bundan başqa, Səna hava limanının uçuş istiqamətləri artacaq və Misir, Qətər, İordaniya və Malayziyanı əhatə edəcək. Əl-Hədidə limanının bütün idxal məhdudiyyətləri aradan qaldırılacaq.

Bu mənbələrə əsasən, Səudiyyə Ərəbistanının Yəməndəki səfiri Məhəmməd Əl-Cabir başda olmaqla Səudiyyə Ərəbistanı nümayəndə heyəti Sənaya səfər etmiş və atəşkəsin uzadılması ilə bağlı son mülahizələri tətbiq etmək üçün Ənsarullahla birbaşa danışıqlar aparmışdı.

BMT-nin Yəmənə göndərdiyi nümayəndə Hans Qrundberqin səfərinin ləngiməsi də Ər-Riyadın xahişi ilə bağlı olub ki, bu danışıqlarda heç bir axsama olmasın.

Oman nümayəndə heyətinin Yəmənə ikinci səfəri zamanı bu heyət Yəmənin Birləşmiş Qərargah rəisi ilə görüşüb.

Bu görüşdə Ənsarullah hədəf ala biləcəyi bütün həssas mərkəzlərin xəritəsini heyətə göstərərək, Səna hava limanının bağlanacağı təqdirdə Ər-Riyad hava limanının fəaliyyətinə icazə verilməyəcəyini vurğulayıb.

Bu nümayəndə heyətinə ev sahibliyi edən Seyid Əbdülməlik Əl-Husi onlara xəbərdarlıq edib ki, Yəmənin cənub və şərqindən neft ixracına qoyulan qadağanı ləğv etmək cəhdi bu ölkədəki hücumların dairəsinin genişlənməsinə səbəb olacaq.

 “Əl-Əxbar” Yəmənin siyasi mənbələrinə istinadən xəbər verir ki, Ənsarullah humanitar məsələlərdə öz tələblərinə nail olub, həmçinin qarşı tərəfdən icra zəmanəti alıb. Bu razılaşmaya əsasən, atəşkəs daha 6 ay uzadılacaq.

Sözügedən mənbələr təcavüzkar Səudiyyə-BƏƏ koalisiyasının hərtərəfli atəşkəs elan etməyə və son danışıqlar zamanı yalnız humanitar məsələləri həll etməyə çalışdığını, lakin Yəmənin bu məsələni rədd etdiyini və bunu qəbuledilməz şantaj cəhdi saydığını deyib.

Həmin məsələ danışıqların çıxılmaz vəziyyətə düşməsinə səbəb oldu, lakin ABŞ və Səudiyyə Ərəbistanı çeviklik nümayiş etdirdi və əvvəlki atəşkəs müddəaları ilə bağlı razılıq əldə olundu.

Sonda adı çəkilən mənbələr vurğuladılar ki, Səna mühasirəni tamamilə aradan qaldırmağın və işçilərin maaşlarının ödənilməsinin vacibliyini vurğulayır. Bundan sonra digər müharibə hallarının həlli üçün siyasi danışıqlara başlayıb. Əlbəttə, bir şərtlə ki, koalisiya mühasirəni davam etdirməsin və maaşlar da verilsin.

Bununla bağlı BMT nümayəndəsi Hans Qrundberqin Səna ilə atəşkəs danışıqlarının konstruktiv və müsbət xarakter daşıması barədə açıqlamalarından sonra Səudiyyə diplomatı deyir ki, Ər-Riyad Sənanın nəzarətində olan ərazilərdə işçilərin əmək haqlarının ödənilməsi şərti ilə razılaşır.

Adı çəkilməyən səudiyyəli diplomat deyib: “Maaşların ödənilməsi husilərin təhlükəsizlik zəmanətlərini, o cümlədən onların nəzarəti altında olan ərazilərdə Yəmən və Səudiyyə Ərəbistanının sərhəd xəttləri boyunca bufer zonasının yaradılmasını qəbul etmələri şərtinə əsaslanır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 12 =