əl-Əzhər İslam Mərkəzi sionist İsrail rejimi əleyhinə bəyanat yaydı
İslam dünyasını məşhur universitetlərindən olan Əl-Əzhər Universiteti İsrail rejimi ilə bağlı bəyanatla çıxış edib.
Bəyanatda vurğulanır ki, İslam dünyası İsrail rejiminin cinayətlərini unutmayacaq.
“İsrail rejimi ərəblərə və müsəlmanlara qarşı dəhşətli cinayətlər törədib. Onlar indi bu cinayətlərin unudulması istiqamətində işlər aparırlar”, – deyə bəyanatda diqqətə çatdırılıb.
Qeyd olunub ki, pak insanlar İsrail rejiminin törətdiyi cinayətləri heç vaxt unutmayacaqlar.
Iqna.ir