Əl-Aləm müxbiri Tel-Əvivi yenidən silkələyən müqavimət şirlərinin əməliyyatından xəbər verir-Video

Əl-Aləm müxbiri Tel-Əvivi yenidən silkələyən müqavimət şirlərinin əməliyyatından xəbər verir-Video

İsrail polisinin verdiyi məlumata görə, sionistlərin Məscidül-Əqsanı təhqir və ona hücum etmək israrının ardınca, Fələstin müqavimət şirləri Tel-Əvivdə həyata keçirdikləri əməliyyatda bir daha 3 sionisti öldürüb və 4 nəfəri yaralayıb ki, onlardan ikisinin vəziyyəti ağırdır.

Sionist mediası cümə axşamı günü axşam saatlarında (mayın 6-da) fələstinlilərin işğal olunmuş Fələstinin mərkəzindəki Əl-Ad bölgəsində həyata keçirilən əməliyyatda bir neçə sionistin öldürülməsi və yaralanması ilə bağlı məlumat yayıb.

Əl-Aləm xəbər kanalının işğal olunmuş Fələstindəki müxbiri Tel-Əviv əməliyyatının təfərrüatları barədə məlumat verib. İbranidilli medianın “Balta əməliyyatı” adlandırdığı əməliyyat zamanı bir neçə sionist həlak olub, bir neçə nəfər isə ağır yaralanıb.

Medianın məlumatına görə, əməliyyat sionist rejimin yaranması və qondarma müstəqillik günü (səfalət günü) münasibətilə keçirilən bayram şənliyində sionistlərə soyuq silahla hücum edən iki nəfər tərəfindən həyata keçirilib.

“Qüds bələdçidir” adlı cəmiyyətin Baş katibi Vəlid Əbdürrəzzaq bununla bağlı deyib: “1948-ci ildə baş verənlər sionistlərin müstəqilliyi deyil, Fələstinin faciəsi idi. Yeni əməliyyat Fələstin müqavimətinin paytaxt Qüdsdə müstəqil Fələstin dövləti qurulana qədər davam edəcəyini göstərir.”

Əl-Aləm müxbirinin işğal olunmuş ərazilərdəki müxbirinin verdiyi məlumata görə, bu əməliyyatdan sonra təcili tibbi yardım maşınları ölü və yaralıları xəstəxanaya çatdırmaq üçün sionistlərin Əl-Ad qəsəbəsinə gedib.

Eyni zamanda yüzlərlə İsrail təhlükəsizlik qüvvələri nəzarət-buraxılış məntəqələri yaradıb və bir neçə helikopterdən istifadə edərək cinayətkarları tapmağa cəhd edib.

Qüds Milli Fəaliyyət Şurasının üzvü Əhməd Cəlacəl deyib: “Təcili yardım maşınlarının əməliyyat yerinə şütüməsi işğalçı rejimin qorxu və dəhşətini göstərir. Bu, Məscidül-Əqsa və onun tərəfdarlarına edilən hücumun nəticəsidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − five =