Əl-Aləmin Reportajı: Həşdi Şəbi hərbi sənayedə öz imkanlarını inkişaf etdirir – Video
Əl-Aləm Xəbər kanalının Bağdaddakı müxbiri Novid Bəhruz Həşdi Şəbinin qarşıdurmalarda hərbi effektivliyini sübut etdiyini bildirib və açıqlayıb ki, bu təşkilatın yaranmasının 8-ci ildönümü münasibətilə keçirilən böyük hərbi paradda hər cümüxtəlifr silah növləri, tank, toplar, dronlar və raket yaylım atəşi sistemləri nümayiş etdirilib.
Əl-Aləm müxbiri sözlərinə davam edib: Ali Baş Komandan Mustafa Əl-Kazimi bu mərasimdə deyib: İraq silahlı qüvvələri vəhdətə malikdir və Xalq Səfərbərliyi Təşkilatı (Həşdi Şəbi) bunun mühüm bir hissəsidir.
O bildirib ki, Həşdi Şəbi gənc qüvvədir, lakin qarşıdurmalarda hərbi effektivliyini sübut edib və hərbi sənaye sahəsində öz imkanlarını inkişaf etdirir.
Əl-Aləm müxbiri xatırladıb ki, Həşdi Şəbi təşkilat hərbi paraddan İraqın şimalındakı turizm kurortunun bombalanması ilə bağlı İraqın suverenliyini və milli birliyə sadiqliyini qoruyub saxlaya biləcəyi mesajını verib.
Həşdi Şəbi 2014-cü ildə İŞİD terror qruplaşmasının işğalı və İraqın bir sıra əyalətlərinin süqutundan sonra İraq şiələrinin Ali Mərcəyi-təqlidi Ayətullah Seyid Əli Sistaninin fətvası ilə yaradılıb. O, İŞİD-lə həlledici döyüşdə böyük qələbələr qazana bilib və bu mənfur terror qruplaşmasını işini 2016-cı ilin yayın sonlarında bitirib.