Əl-Amiri: İraqda diktaturanı bərpa etmək cəhdləri uğursuzluqla nəticələnəcək

Əl-Amiri: İraqda diktaturanı bərpa etmək cəhdləri uğursuzluqla nəticələnəcək

İraqdakı Əl-Fəth koalisiyasının lideri İraqda diktatura və istibdadın bərpası və dirçəldilməsi səylərinin uğursuzluğa düçar olacağını deyib.

Əl-Məlumə-yə istinadən bildirilir ki, İraq Fəth Koalisiyasının rəhbəri Hadi Əl-Amiri Ayətullah Seyid Məhəmməd Baqir Sədr və bacısı Bintul-Hudanın şəhadətinin ildönümü ilə bağlı verdiyi açıqlamada deyib:

Bu günlər Ayətullahul-üzma Seyid Məhəmməd Baqir Sədr və onun bacısı Bintul-Hudanın Səddamın repressiv rejiminin əli ilə şəhid olmasının ildönümünə təsadüf edir.

O, əlavə edib: Şəhid Sədrin qətlinin ildönümünün onun qatilinin devrilməsinin ildönümü ilə üst-üstə düşməsi ilahi hikmətdir və bu bir ibrətdir. Çünki zalım öz ağaları tərəfindən zəlil edilib, lakin Şəhid Sədr millət üçün önəmli simvola, mücahid, alim və mütəfəkkir nəsilləri üçün bir çırağa çevrilib.

Bu gün onun intellektual və siyasi irsi elmi-siyasi dairələri məşğul edən canlı bir məktəbdir.

Əl-Amiri İraq tarixində böyük dəyişikliyin başlanğıcını qoyan bu iki hadisəni xatırladaraq alvə edib:

Unutmayaq ki, Səddam rejiminin siyasəti İraqın ABŞ tərəfindən işğalına və bu ölkənin onun tərəfindən məhv edilməsinə haqq qazandırırdı.

Əl-Amiri, həmçinin, İraqı hazırkı faciəvi vəziyyətdən çıxarmaq və ləyaqəti bərpa etmək, istənilən xarici hökmranlıq və korrupsiyaya son qoymaq, azad və ədalətli bir ölkə yaratmaqda şəhid Sədrin arzusunu həyata keçirmək üçün hamının əzmkar olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =