Əl-Amiri: Şəhid Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisə qarşı sui-qəsdlə əlaqədar məhkəmə istintaqı davam edir

Əl-Amiri: Şəhid Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisə qarşı sui-qəsdlə əlaqədar məhkəmə istintaqı davam edir

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İraq “Əl-Fəth” koalisiyasının rəhbəri Qüds Qüvvələrinin komandanı şəhid General Hacı Qasim Süleymani və İraq Həşdi Şəbi Təşkilatı başçısının müavini Əbu Mehdi Əl-Mühəndisin öldürülməsi ilə bağlı məhkəmə istintaqının davam etdiyini açıqladı.

İraqdakı Əl-Fəth koalisiyasının rəhbəri Hadi əl-Amiri bu gün (çərşənbə axşamı) dedi: “Şəhidlərimizin qanına vəfadarlıq və ölkənin suverenliyinin təmin edilməsi İraq hökumətindən Amerika qoşunlarının çıxarılması üçün verdiyi vədləri yerinə yetirməsini tələb edir.”

Əlavə etdi: “Amerikalı işğalçıların qovulması milli suverenliyin reallaşması və bəşəriyyətə xidmət edə biləcək ədalətli bir ölkənin qurulması üzün zəruridir.”

Əl-Əmiri terrorla bağlı istintaqlın hələ də davam etdiyini bildirib. General Süleymani və Əbu Mehdi əl-Mühaəndis və onlarla birlikdə səkkiz nəfər ABŞ Prezidenti Donald Trampın əmri ilə 2019-cu ildə Bağdad hava limanında pilotsuz təyyarələr vasitəsilə öldürüldü.

Ağ Evin terror aktının ardınca İslam İnqilabı Keşikçiləri Korpusu 9 yanvar çərşənbə günü səhər saatlarında ABŞ-ın İraqın Əl-Ənbar vilayətindəki Eynül-Əsəd bazasına onlarla ballistik raket atdı.

Pentaqon bir neçə mərhələdə tədricən bazadakı 110 ABŞ əsgərinin beyin travması aldığını elan etdi. ABŞ-ın törətdiyi bu dəhşətli cinayət İraq parlamentində ABŞ qüvvələrinin ölkədən xaric edilməsi planının təsdiqləməsinə səbəb oldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + six =