Əl-Cəzirə müxbirinin qətlində ABŞ-ın rolu-Foto

Əl-Cəzirə müxbirinin qətlində ABŞ-ın rolu-Foto

İnsan haqları fəalları deyirlər ki, ABŞ-ın sionist rejimə qeyd-şərtsiz maliyyə dəstəyi bu rejimin “Əl-Cəzirə” telekanalının müxbirinin öldürülməsi və onun dəfn mərasiminə hücumu kimi hər hansı cinayət törətməkdən qorunma hissini aşılamasının səbəblərindən biridir.

Müvəqqəti sionist rejimin Əl-Cəzirə telekanalının müxbiri Şirin Əbu Aqelanın qətlində törətdiyi vəhşiliklərin ardınca ABŞ-dan sionist rejimə qeyd-şərtsiz dəstəyini yenidən nəzərdən keçirməyi və bu rejimə illik yardımı şərti hesab etməyi tələb edir.

ABŞ Dövlət Departamenti cümə günü İsrailin Əbu Aqelanın dəfn mərasiminə hücumu ilə bağlı xəbərləri “narahatedici” adlandırıb və onun ölümü ilə bağlı araşdırma aparılmasını istəyib.

Jurnalistlər tərəfindən sorğu-sual edilən ABŞ Prezidenti Co Bayden qətli pisləmək əvəzinə, təfərrüatlardan xəbərsiz olduğunu və araşdırmaya ehtiyac olduğunu bildirib.

Lakin ABŞ-da yaşayan fəallar deyirlər ki, bu cür bəyanatlar yalnız Vaşinqtonun sionist rejimin cinayətlərində şərikliyini və beynəlxalq hüquqa məhəl qoymamasını təsdiq edir.

İsrail işğalına qarşı çıxan yəhudilərdən ibarət Amerika təşkilatı IfNotNow-un Kommunikasiyalar Direktoru Elias Nyuman “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib: “Amerika rəsmilərinin bu məsələni araşdırmaq tələbi onların həddən artıq ikiüzlülüyünü göstərir. Əslində, burada etməli olduqları şey güzgüyə baxmaqdır (tədqiqatı özləri aparmalı olduqlarına işarədir). İsrailə qeyd-şərtsiz dəstəyi dəstəkləyən ekstremist siyasətçilər güzgüyə baxmalı və başa düşməlidirlər ki, bizim davamlı maliyyə dəstəyimiz İsrailin özünü təhlükəsiz hiss etməsi və bu cür insan haqları pozuntularını törətməsi üçün əsas amildir”.

Sionist rejimə yardım

Co Bayden hökuməti və yüksək rütbəli rəsmiləri dəfələrlə bəyan ediblər ki, onlar müvəqqəti sionist rejimə illik 3,8 milyard ABŞ dolları məbləğində yardımı azaltmayacaqlar və bunu heç bir başqa faktorla şərtləndirməyəcəklər.

Özünü ərəb amerikalıların ən böyük mülki təşkilatı kimi xarakterizə edən Amerika-Ərəb Ayrı-seçkiliyə Qarşı Komitəsinin üzvü Cinan Dina qeyd edir ki, Şirin Əbu Aqilə bu il İsrail qüvvələri tərəfindən öldürülən ikinci Amerika vətəndaşıdır. İlk Amerika vətəndaşı yanvar ayında İordan çayının qərb sahilində həbs olunduqdan sonra öldürülən 78 yaşlı Ömər Əsəd idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × five =