Əl-Hədis xəbər verir: General Qaani İraqın Ərbil şəhərinə gedib

Əl-Hədis xəbər verir: General Qaani İraqın Ərbil şəhərinə gedib

İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı bazar günü İraqın şimalındakı Ərbilə gəlib.

Məlumata görə, Əl-Hədis Xəbər kanalı İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı General İsmail Qaaninin İraqın Ərbil şəhərinə gəldiyini bildirib.

General Qaani dünən də Samarraya səfər etmiş və Əskəriyyə imamlarının (İmam Hadi (ə) və İmam Həsən Əskəri (ə)) hərəmini ziyarət etmişdi.

Məqbərənin rəhbəri İmam Əskəri hərəminin müqəddəs bayrağını General Qaaniyə təqdim edib.

İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Həşdi Şəbi qüvvələrinə qatılıb və bölgədəki təhlükəsizlik məsələləri ilə bağlı məlumatlandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =