Əl-Həşduş Şəbi: “ABŞ terrorla mübarizə aparan komandirləri hədəfə alır”

Əl-Həşduş Şəbi: “ABŞ terrorla mübarizə aparan komandirləri hədəfə alır”

İraqın Əl-Həşduş Şəbi təşkilatı komandirlərinin ABŞ-ın qara siyahısına salınmasını bölgədəki İŞİD-in yox edilməsində iştirak edənlərə qarşı düşmənçiliyinin davamı olduğunu söyləyib.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Əl-Həşduş Şəbi təşkilatı ABŞ-ın təşkilat rəhbərinin müavinini qara siyahıya salma addımına belə reaksiya verib: “Əl-Həşduş Şəbi cəsur komandir Əbu Fədək Əl-Məhəmmədəvinin qara siyahıya salınması münasibətilə onu təbrik edir. Bu siyahı Qələbə komandirlərini, eləcə də qlobal terrorizmin aradan qaldırılmasında rolu olan bütün komandirləri hədəfə alan siyahıdır”.

ABŞ-ın Xəzinə Nazirliyi dünən (13 yanvar) gecə Məhəmməd Mahmudini sanksiya siyahısına əlavə edib. Əbu Fədək Əl-Məhəmmədəvi, ABŞ terror hücumunda həlakolmuş Əl-Həşduş Şəbi komandirinin müavini şəhid Əbu Mehdi əl-Mühəndisin yerinə təyin edilib.

ABŞ-ın Xəzinə Nazirliyi keçən həftə təşkilatın rəhbəri Falih Əl-Fəyyazı terror qrupları siyahısına əlavə etmiş və bu İraq hökuməti və siyasi cərəyanlarının narazılığına səbəb olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + twenty =