Əl-Husi: Bizim çəkindirən silahlarımız var; Əsas müharibə Qüdsün azad edilməsi üçün olacaq

Əl-Husi: Bizim çəkindirən silahlarımız var; Əsas müharibə Qüdsün azad edilməsi üçün olacaq

Yəmənin Ali Siyasi Şurasının yüksək rütbəli üzvü mühasirə və hücumların davam edəcəyi təqdirdə atəşkəsin dəyərsiz olduğunu və yəmənlilərin susmayacağını bildirib.

Yəmən İnqilabının Ali Komitəsinin rəhbəri və Ali Siyasi Şuranın yüksək rütbəli üzvü Məhəmmədəli Əl-Husi müsahibəsində deyib.

 İşğalçı Səudiyyə koalisiyası müxtəlif bölgələrdə müharibə alovunun sönməsinə imkan verməmək üçün atəşkəsi dəfələrlə pozub.

O, Əl-Məyadin kanalına deyib ki, atəşkəsin dəfələrlə pozulması ordu qüvvələrini və xalq komitələrini həmişə böyük döyüşə və yekun qələbənin reallaşmasına hazır edir; Yəmənlilər müharibə istəmədikləri üçün atəşkəsi qəbul etdilər, lakin təcavüzkarların müharibəni və mühasirəni bitirmək üçün real iradəsi olmasa, müharibə davam edəcək.

Yəmənin Ali Siyasi Şurasının bu yüksək səviyyəli üzvü daha sonra deyib: Səna hökuməti təhdidlərə əhəmiyyət vermir və digər tərəfdən Yəmən qüvvələri təcavüzkarların silahlarına yaxşı bələddir və bunlarla necə davranacağını bilir.

Məhəmmədəli Əl-Husi əlavə edib: “Bizim çəkindirmə balansı yarada və müharibədə yaxın qələbəyə nail ola biləcək silahlarımız var.”

Yəmən İnqilabının Ali Komitəsinin rəhbəri sözlərinə belə davam edib: “Biz həmişə İsrail düşməni ilə birbaşa müharibə arzulamışıq. Bütün Yəmən xalqının və İslam ümmətinin səfərbər edilməli olduğu böyük döyüş Məscidül-Əqsanın azad edilməsi uğrunda döyüşdür. Biz təcavüzkar ölkələrlə müharibəni Əl-Əqsanın azadlığına nail olmaq üçün həyata keçirilən təlim kimi qiymətləndiririk.”

O, İslam dünyasındakı müharibə və qarşıdurmanı sionist fitnəsi hesab edib və bildirib ki, bu böhranlar sionist rejim tərəfindən İslam ümmətini məşğul etmək və təhlükəsiz tərəfdə qalmaq üçün yaradılır.

Əl-Husi daha sonra bəzi KİV-lərin sionist rejimin Yəməndəki hücumları ilə bağlı xəbərlərini təkzib edib və bildirib ki, bəzi internet saytlarından fərqli olaraq bu rejim indiyədək Yəməndə heç bir hücum həyata keçirməyib və heç nəyə nail olmayıb.

Bununla bağlı Yəmənin Ənsarullah hərəkatının lideri Əbdülməlik Əl-Husi avqustun 17-də etdiyi çıxışında deyib: “Biz müqavimət oxunun bir parçası olmaqdan qürur duyuruq və Amerika layihəsinə qarşı çıxmaq üçün heç bir səy göstərməkdən çəkinməyəcəyik. Millətimizdən xahiş edirik ki, müvəqqəti atəşkəs əsnasında düşmənlərlə mübarizə üçün tam və daimi olaraq hazır olsunlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =