Əl Kaziminin Məkkəyə səfəri zamanı Allah Evində İŞİD terrorçusu həbs edildi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir, Səudiyyə təhlükəsizlik qüvvələri çərşənbə axşamı Məscidul-Həramda bıçaqlı bir şəxsi terror şüarları səsləndirərək İraqın Baş naziri Mustafa əl-Kazimi hərəmə daxil olduğu zaman ona zərər verməyə çalışarkən tutublar.
Səudiyyə mediası, İŞİD terrorçusunun eyni zamanda Məscidul-Həramda və Allah Evində İŞİD terror qruplaşmasına dəstək şüarları səsləndirdiyini bildirib.
Bu yaxınlarda Səudiyyə Ərəbistanı rəsmiləri ilə görüşmək üçün Səudiyyə Ərəbistanına səfər edən Əl-Kazimi, çərşənbə axşamı ziyarət üçün Məkkəyə gedib.
Məkkə polisi də terrorçunun həbs olunduğunu və müvafiq orqanlara təhvil verildiyini təsdiqləyən bir açıqlama yayıb.