Əl-Məsirə: Ciddədəki partlayış Səudiyyə rejiminin işidir
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Yəmən Əl-Məsira şəbəkəsinə görə, Ciddədəki dini azlıqların qəbiristanlığında baş verən partlayışın səbəbi özünü məzlum göstərərək terrorizmi dəstəkləməkdən bəraət qazanmağa çalışan Səudiyyə rejimidir.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində dini azlıq qəbiristanlığında baş verən bombanın partlaması nəticəsində bir neçə nəfər yaralanıb.
Partlayış dünən Birinci Dünya Müharibəsinin bitməsinin ildönümündə baş verib. Partlayışdan sonra Ciddədəki Fransa konsulluğu Fransa vətəndaşlarına daha diqqətli olmaları barədə xəbərdarlıq etdi.
Əl-Masirə müxbiri Sarə Übeyd Səudiyyə Ərəbistanı tərəfindən Ciddə şəhərinin hədəf alındığını təcili xəbərlərdə bildirib.
Səudiyyə rejimi başqalarına qarşı zülmkar və terrorçu olduğu halda, bu əməllərlə özünü məzlum göstərmək istəyir. Fransa Xarici İşlər Nazirliyi mərasimdə Fransa Konsulunun və digər bir neçə Konsulun da iştirak etdiyini açıqladı.
Qeyd etmək lazımdır ki, bu partlayış Səudiyyə Ərəbistanının tanınmış alimlərdən ibarət nümayəndə heyəti tərəfindən İxvanul-Muslimin təşilatının terrorçu bir qrup olduğun və bu qruplaşmanın İslamla heç bir əlaqəsi olmadığını vurğulayan bir bəyanat yayımlandıqdan bir gün sonra baş verib.